Messidən bir ilk - Ronaldoya səs verdi

Messidən bir ilk -  Ronaldoya səs verdi
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 12:25 5905
-  A +

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Barselona” və Argentina yığmasının kapitanı Lionel Messi futbolçulardan ilk pillədə Luka Modriçin adını qeyd edib. O, 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştiano Ronaldonu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldonun adını 3-lüyə daxil edib.

İlin ən yaxşı baş məşqçisi seçimində isə Messi bu ardıcıllığı edib: 1.Ernesto Valverde, 2.Xosep Qvardiola, 3.Massimiliano Alleqri.

“Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo isə ilin ən yaxşı futbolçusu seçiminə Rafael Varanı 1-ci, Luka Modriçi 2-ci, Antuan Qrizmannı isə 3-cü yerə layiq bilib. Ronaldo ilin ən yaxşı baş məşqçisi adına Zinəddin Zidanı layiq görüb. Onun seçimində Massimiliano Alleqri 2-ci, Didye Deşam 3-cü olub. 

İlin ən yaxşı futbolçusu adına layiq görülən Luka Modriçin seçimi isə belə olub: Futbolçular - 1.Rafael Varan, 2.Kriştiano Ronaldo, 3.Antuan Qrizmann. Baş məşqçilər - Zlatko Daliç, Didye Deşam, Zinəddin Zidan.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı