Qriqorçuk "Astana"dan getməyib, göndərilib - təfərrüat

Qriqorçuk "Astana"dan getməyib, göndərilib - təfərrüat
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 12:01 6634
-  A +

Ukraynalı jurnalist Konstantin Andriyuk "Astana"nın baş məşqçisi Roman Qriqorçukun komandadan ayrılmasının səbəbini açıqlayıb.

Qol.az-ın "tribuna.com" saytına istinadən yaydığı xəbərə görə, "ToTaTake" şousunun aparıcısı bildirib ki, təcrübəli mütəxəssis Qazaxıstan çempionunu ailə məsələlərinə görə tərk etməyib:

"Qriqorçukun hazırda nə şəxsi, nə də ailəvi problemləri var. O, klub rəhbərliyi ilə fikir ayrılığına görə "Astana"nı tərk edib. Onun komandaya nə vaxt qayıdacağı hələlik bilinmir".

Qeyd edək ki, ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Qriqorçuk iyun ayında "Astana"ya baş məşqçi təyin olunub. Avqust ayında isə klubun saytı belə bir açıqlama yayıb ki, ukraynalı mütəxəssis ailə məsələlərinə görə klubu müvəqqəti tərk edib.

Amma Qol.az-ın əldə etdiyi xəbərə görə Qriqorçuk "Astana"da fəaliyyətə başladığı ilk günlərdən futbolçularla yola getməyib. Davamlı mübahisə və münaqişələrdən sonra futbolçular kütləvi halda klub rəhbərliyi qarşısında seçim qoyub - ya o, ya da biz. Bundan sonra "Astana" rəhbərliyi Qriqorçukla yolları ayırıb. Amma ukraynalı mütəxəssis kluba yeni gəldiyindən onun istefaya göndərilməsi haqda açıqlamanın verilməsi məqsədəuyğun sayılmayıb. Bu səbəbdən Qriqorçukla müqavilənin ləğv edilməsi barədə rəsmi xəbərin yaxın vaxtlarda veriləcəyi gözlənilir. Amma son anda tərəflərin ümumi razılığa gələcəyi və Qriqorçukun "Astana"da fəaliyyətini davam etdirəcəyi də istisna olunmur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı