"Ramilin Azərbaycan millisini seçməsi axmaqlıq idi" - Utkin

"Ramilin Azərbaycan millisini seçməsi axmaqlıq idi" -  Utkin
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 11:21 4110
-  A +

"Zenit"in yetirmələri olan, ancaq hazırda bu klubda oynamayan futbolçulardan əla komanda yaratmaq olardı".

Qol.az-ın xəbərinə görə, bu fikirləri məşhur şərhçi Vasili Utkin "Moskvanın səsi" radiosunun efirində səsləndirib. "Zenit"in aşağı yaş qruplarından yetişən futbolçulara lazımı diqqət ayırmadığını vurğulayan rusiyalı şərhçi Ramil Şeydayevin Azərbaycan millisinin seçməsinə də münasibət bildirib:

"Zenit" öz resurslarına ümumiyyətlə baxmır. Biz müxtəlif formalarda bunun şahidi oluruq. Elə götürək Aleksandr Qorşkovun "Zenit"in əvəzedici komandasından qovulmasını. Yaxud da milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, hansı ki, sonda elə Azərbaycan vətəndaşlığını qəbul etdi. Türkiyədə oynamağa cəhd göstərdi. Əla mərkəz hücumçusu idi. Düzdür, onun Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi. Təklifləri olsa da, "Zenit"də qala bilərdi. Bütün bunlar mənə qəribə gəlir".

Qeyd edək ki, 2013-2016-cı illərdə "Zenit"in həm əvəzedici, həm də əsas komandasında çıxış edən Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. 22 yaşlı forvard hazırda isə "Krılya Sovetov"da forma geyinir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord