Elmar Qasımov da mübarizəni dayandırdı - dünya çempionatı

Elmar Qasımov da mübarizəni dayandırdı - <b style="color:red"> dünya çempionatı</b>
CÜDO 25 Sentyabr 2018 / 11:49 2246
-  A +

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxıb.

Qol.az-ın məlumatına görə, altıncı yarış günündə 100 kq çəki dərəcəsində Elmar Qasımovla Zelim Kotsoyev mübarizəyə qoşulublar. Hər iki idmançı yarışa 1/32 final mərhələsindən başlayıb.

Onlar ilk görüşlərini isveçli cüdoçulara - müvafiq olaraq, Martin Paçek və Yoakim Dvarbiyə qarşı keçiriblər. Rəqibinə ipponla qalib gələn Qasımov adını 1/16 finala yazdırıb. 28 yaşlı idmançımız bu mərhələdə monteneqrolu Danilo Pantiçlə üz-üz gəlib. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşıb. Rəqibinə uduzan cüdoçumuz çempionatla vidalaşıb.

Kotsoyev isə ilk mərhələdəcə Yoakim Dvarbiyə məğlub olub.

Qeyd edək ki, geridə qalan 5 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Məmmədəli Mehdiyev (90 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Fərdi yarışlarda son olaraq sentyabrın 26-da İrina Kindzerska (+78 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

 

Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı

12.12.18  12:29

"İnter" - PSV - Video