"Qızıl top" qadın futbolçulara da veriləcək

"Qızıl top" qadın futbolçulara da veriləcək
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 17:48 1780
-  A +

"France Football” nəşri bu ildən "Qızıl top” mükafatını kişi oyunçu ilə yanaşı, ən yaxşı qadın futbolçuya da  verəcək.

Qol.az-ın jurnalın saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 8-də ilin ən yaxşı qadın futbolçusuna adına 15 namizədin adı açıqlanacaq. Qalib qadın futbolunda ixtisaslaşan müxtəlif ölkələrin jurnalistlərin tərəfindən müəyyənləşdiriləcək.

"Qızıl top"un təqdimetmə mərasimi dekabrın 3-ü Parisdə keçiriləcək.

Qeyd edək ki, "France Football”un təsis etdiyi "Qızıl top” mükafatı bundan əvvəl təkcə hər il Avropada ən yaxşı seçilən kişi futbolçuya təqdim olunurdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord