"Barselona"nın hücumçusu sağaldı

"Barselona"nın hücumçusu sağaldı
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 16:36 2852
-  A +

"Barselona"nın futbolçusu Filipe Malkom zədəsini sağaldıb.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu komanda ilə məşqlərə başlayıb. Onun La Liqanın 6-cı turunda "Leganes"ə qarşı matçda iştirak edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, F.Malkom iyulda Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, F.Malkom sentyabrın əvvəli məşq zamanı zədələnmişdi.


Son xəbərlər