"Qarabağ"la matçda aldığı zədə ağırdır - 4 həftə oynamayacaq

"Qarabağ"la matçda aldığı zədə ağırdır - 4 həftə oynamayacaq
XƏBƏR 24 Sentyabr 2018 / 13:05 2065
-  A +

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda (2:0) zədələnən Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Jeremi Matyenin son durumu müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, onun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Fransalı müdafiəçinin bərpa müddətinin ən pis halda 3-4 həftə çəkə biləcəyi vurğulanıb.

Qeyd edək ki, J.Matye  "Qarabağ”la oyunun 75-ci dəqiqəsində sol ayaq əzələsindən zədələnib və məcburi əvəzlənib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"