Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxıb.
Qol.az-ın məlumatına görə, kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev yarışa 1/32 final mərhələsindən başlayıb. 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusev olub. Rəqibinə minimal hesabla qalib gələn cüdoçumuz 1/16 finalda macarıstanlı Kristian Totla qarşılaşıb. Bu görüşdə məğlub olan Məmmədəli dünya çempionatında mübarizəni dayandırıb.
Bu gün qadınların yarışında 70 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur.
İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.
Qeyd edək ki, geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"