“Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviç Topaz Premyer Liqanın 5-ci turunda səfərdə “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, serbiyalı futbolçu əvvəlcə məğlubiyyəti şərh edib.
- Oyuna pis başlamadıq və ilk 15 dəqiqədə yaxşı təsir bağışladıq. Sonra isə nə baş verdiyini özümüz də anlamadıq. 1-ci qolu buraxdıqdan sonra üstünlük tamamilə rəqibin tərəfinə keçdi.
- “Qarabağ” meydana demək olar ki, 2-ci heyətlə çıxmışdı. Belə bir komandaya böyükhesabla uduzmaq sizə pis təsir etmir?
- Deyə bilmərik ki, bu məğlubiyyət pis təsir etmədi. Ancaq “Qarabağ” yaxşı, güclü komandadır. Həm əsas, həm də ehtiyat heyətində səviyyəli oyunçuları var. Bir qədər bəxtimiz də gətirmədi. Rəqib 4 qol vurdu, biz isə bircə dəfə fərqləndik. Düşünürəm ki, “Qarabağ” layiqli qələbə qazandı.
- İlk hissədə Araz Abdullayevlə aranızda mübahisə düşdü. Həmin epizodda nə baş verdi?
- Elə ciddi bir şey olmadı. Sadəcə, ikimiz də topa doğru hərəkətləndik və bir-birimizə dəydik.
- Az qala əlbəyaxa olacaqdınız...
- Hə, bir az elə oldu.
- "Qəbələ” 5 turdan sonra son pillələrdə qərarlaşıb...
- Necə olacağını bilmirəm. Mövsümə istədiyimiz kimi başlamadıq. Ötən mövsümün sonunda futbolçuların çoxu komandanı tərk etdi. Yeni oyunçular gəldi. Vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. İnanıram ki, növbəti matçda daha yaxşı oynayıb, qələbə qazanacağıq.
- Söz-söhbət gəzir ki, bəzi futbolçular Sənan Qurbanovun işindən razı deyillər. Belə bir şey var?
- Əlbəttə ki, belə deyil.
- Bəs siz özünüz razısınız?
- Təbii ki, razıyam. Baş məşqçiyə qarşı deyiləm. Mən futbolçuyam və belə şeyləri müzakirə etməməliyəm. Məşqçi öz işini görür. Bizim vəzifəmiz onun tapşırıqlarını meydanda yerinə yetirməkdir. Çünki işimiz budur.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi