"Hədəfimizə addım-addım yaxınlaşırıq" - Abdullah Zubir

"Hədəfimizə addım-addım yaxınlaşırıq" - Abdullah Zubir
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2018 / 23:31 3632
-  A +

“Uğurlu nəticə qazandığımız üçün xoşbəxtəm. Komanda olaraq baxımlı oyun sərgilədik. Düşünürəm ki, bu qələbə qarşıdakı oyunlarım üçün bizə yaxşı motivasiya verdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın futbolçusu Abdullah Zubir  Topaz Premyer Liqasının 5-ci  turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qol vurmağının əsas məsələ olmadığını bildirib: “Qol vurduğum üçün çox sevinirəm. Ancaq əsas olan komandamızın yaxşı oyun göstərməyi, qələbə qazanmağıdır. İlk növbədə bu önəmlidir. Premyer Liqada heç bir klubu xüsusi qeyd etməzdim. Bütün oyunlar çətin keçir. Klublar bizlə matça yaxşı köklənir. Hər oyuna qələbə üçün çıxırıq. Hədəfimizə addım-addım yaxınlaşırıq”.

26 yaşlı futbolçu bugünkü qələbənin önəmli olduğunu söyləyib: “Sportinq”ə məğlubiyyətdən sonra bu qələbə çox önəmli idi. Vəziyyəti tez bir zamanda pozitiv yönə çevirmək istəyirdik. Bu oyun qeyd etdiyim cəhətdən önəmli idi”.

A. Zubir artıq komandaya uyğunlaşmağa başladığını deyib: “Mən öz ənənəvi oyunumu oynayıram.  Sadəcə, ilk gəldiyim vaxtla müqayisədə, indi komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanıyırıq deyə, bu da oyunuma yaxşı mənada təsir edir”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı