"Onu sosial şəbəkələrdə daha az görəcəksiniz" - Qurban Qurbanov

"Onu sosial şəbəkələrdə daha az görəcəksiniz" - Qurban Qurbanov
MÜSAHİBƏ 23 Sentyabr 2018 / 23:00 7161
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın  5-ci turunda evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər.

- Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. "Qarabağ”ın 2-ci heyətinin "Qəbələ”ni belə rahat məğlub etməsi sizi məyus etmir?

- Xeyr. Bu cür nəticələr nadir hallarda qeydə alınır. Məsələn, "Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu.

- Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsindən məlumatınız varmı və bu barədə onunla söhbət etmisinizmi?

- Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın çox vaxtını alır.

- Araz Abdullayev mərkəz hücumçusu kimi çox yaxşı təsir bağışladı. Forvard qıtlığında onun mövqeyini birdəfəlik dəyişmək niyyətiniz yoxdur?

- Araz universal oyunçudur. Hücumda oynamaq potensialı yetərincədir. Bu gün əlimə belə fürsət düşdü və o, özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın