Topaz Premyer Liqasının 5-ci turunda “Keşlə” ilə səfər matçında (1:2) “Sumqayıt”ın qələbə qolunu vuran Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- İlk yarıda da yaxşı oynayırdıq. Bir neçə qol şansımız yaransa da, istifadə edə bilmədik. Rəqib isə bir səhvdən sonra hesabı açdı. Fasilədə dedik ki, qol buraxmışıqsa, mütləq əvəzini çıxmalı, biz də qol vurmalıyıq. Çünki qələbə çox vacib idi. Bundan əvvəlki görüşlərdə öz futbolumuza görə uduzmamışdıq. Çox nüanslar vardı. Bu gün qələbə qazandıq. Bizi daha ağır oyunlar gözləyir. Bu günü unutmaq lazımdır.
- Fasilədə sizi qələbəyə inandıran nə oldu?
- Baş məşqçi Nazim Süleymanov dedi ki, yaxşı oynayırsınız. Bu, bizi ruhlandırdı. Həm də oynadığımız futbol göz qabağında idi. Bəlkə 5 qol epizodu yaratdıq, amma qol vura bilmədik. Hakimlər haqda danışmaq istəmirəm. Amma penalti epizoduna baxmaq lazımdır. Məncə, o epozidda penalti vardı, vermədi. Futboldur, belə şeylər olur. Əsas odur ki, hakimi, hər şeyi kənara qoyub, vəziyyəti dəyişməyin vacibliyini düşündük.
- Tərlan Quliyev ilə olan epizodda topun arxasınca getmədiniz. Fikirləşdiniz ki, sizi tutduğu üçün referi rəqib müdafiəçiyə qırmızı vərəqə verəcək?
- Qırmızı vərəqəni demirəm, amma həqiqətən tutmuşdu. Təkbətək gedirdim, Tərlan tutub saxladı. Məndə dayandım və düşündüm ki, baş hakim cərimə zərbəsi təyin edəcək. Amma etmədi.
- Bu gün qol vurmağı çox istəyirdiniz. Hətta epizodların birində komanda yoldaşınız Atilla Yıldırımla dialoqunuz oldu...
- Belə şeylər olur. Atilla ona niyə ötürmə etmədiyimi dedi. Onun özünün də imkanları oldu, amma ötürmə etmədi. Əsas odur ki, qələbə qazandıq.
- Sabitliyi qoruya biləcəksiniz?
- Bunun üzərində işləyirik. Məşq və istirahətimizə yaxşı fikir verməliyik, boşalmaq olmaz. Qabaqda böyük marafon var.
- Son dövrlər “Qarabağ”da sabit oynamırdınız. Yaxşı oyun üçün darıxmışdınız?
- Əlbəttə, əvvəlki formamı bərpa etməyə çalışıram. “Sumqayıt”a gəlməkdə məqsədim budur. Rəhbərlik, məşqçi heyəti və futbolçular çox sağ olsunlar, mənə böyük dəstək oldular. Arzuladığım hüzuru “Sumqayıt”da tapmışam.
- Milliyə dönüşünüz barədə nə deyə bilərsiniz? Belə bir fikir var ki, “Qarabağ”dan çıxdığınız üçün Qurban Qurbanov sizi çağırmaz...
- Hazırda milli yox, “Sumqayıt” haqda fikirləşirəm. Milli mənim üçün bu saat o qədər də maraqlı deyil. Çağırarlar – çağırarlar, çağırmayacaqlar – çağırmayacaqlar.
- İkinci hissədə daha çox müdafiənin arxasına ara ötürmələrindən istifadə edirdiniz. Bu, taktiki gediş idi?
- Rəqib 5 müdafiəçi ilə oynayırdı. Bu cür sıx müdafiəni yarmaq çətin olduğu üçün belə ötürmələr verirdik. Şükür ki, alındı.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video
"Mançester Yunayted" avrokuboklardan kənarda qala bilər
Roberto Martinezli Portuqaliya millisində ilk