"Arsenal"dan qələbə

"Arsenal"dan qələbə
DÜNYA FUTBOLU 23 Sentyabr 2018 / 21:09 2358
-  A +

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, London klubu 6-cı turda "Everton"u qəbul edib. Matç Unay Emerinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Everton" - 2:0
Qollar
: Lyakazett, 56, Obameyanq, 59

Bu qələbə ilə xalını 12-yə yüksəldən "Arsenal" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" və "Çelsi" hərəyə 16 xalla 2-3-cü pillələri bölüşdürür.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi