Almeyda "Astana"da ilk qolunu vurdu

Almeyda "Astana"da ilk qolunu vurdu
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2018 / 19:39 4181
-  A +

Millimiz futbolçusu Riçard Almeyda şərəfini qoruduğu "Astana"da ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, o, 26-cı turda "Akjayık"a 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının ilk qolunu vurub. R.Almeyda 23-cü dəqiqədə penaltidən fərqlənib.

"Akjayık" - "Astana" - 1:2
Qollar:
Almeyda, 23-pen (0:1), Aleksey Şetkin, 26 (0:2), Arturs Karasausks, 37 (1:2)

Qeyd edək ki, start heyətdə meydana çıxan R.Almeyda 46-cı dəqiqədə əvəzlənib.

Əlavə edək ki, 26 turdan sonra "Astana" 61 xalla 1-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər