"Qarabağ"ın rəqibi futbolçusu ilə müqavilə yeniləyir

"Qarabağ"ın rəqibi futbolçusu ilə müqavilə yeniləyir
XƏBƏR 23 Sentyabr 2018 / 14:12 1303
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sportinq” müdafiəçisi Markos Akunya ilə müqavilə yeniləməyə hazırlaşır.

Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında anlaşmanın daha 1 il uzadılması ilə bağlı danışıqlara start verilib. Argentinalı futbolçunun klub rəhbərliyinin yeni təklifi ilə razılaşacağı və yeni sözləşməyə imza atacağı iddia olunur.

Qeyd edək ki, 26 yaşlı oyunçunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.


Son xəbərlər