“Çətin oyun oldu. “Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Ən əsası odur ki, üç xalı qazandıq. Nəticə bizim xeyirimizə olduğu üçün şadıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının 5-ci turunda “Zirə”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu mövsüm daha yaxşı futbol oynadıqlarını söyləyib: “Deməzdim ki, bu gün bizim ən zəif oyunumuz oldu. Hərdən olur ki, komanda yaxşı futbol sərgiləyir, ancaq nəticə qazana bilmir. Bu, hər komandanın başına gəlir. Bizim üçün əsas olan vurduğumuz qolların sayı deyil, qələbədir. Hazırda liderik və öz məqsədimizə doğru addımlayırıq. Ötən mövsümlə müqayisədə, klubda dəyişikliklər çoxdur. Siz də yəqin ki, bunu görürsünüz. Bizim yeni baş məşqçimiz, futbolçularımız var. Biz ötən mövsümlə müqayisədə, məncə, daha yaxşı oyun göstəririk”.
28 yaşlı futbolçu komanda yoldaşı Kvame Karikari haqda da danışıb: “Mən deməzdim ki, Karikari pis oyun sərgiləyir. O, sadəcə, formada deyil. “Qəbələ” və “Qarabağ”la oyunlarda özünü çox yaxşı göstərmişdi. Fikrimcə, komandamızda hər bir mövqedə iki eyni səviyyəli futbolçu var. Hər futbolçu da meydanda özünü göstərməyə hazırdır”.
S. Mustivar Azərbaycanda futbolun inkişaf etdiyini söyləyib: “Komandaya ötən mövsümün ortasından qoşulmuşam. Məni təəccübləndirən odur ki, Premyer Liqada hər bir komandada yaxşı futbolçular var və rəqiblər sona qədər mübarizə aparır. Ümumiyyətlə, deyərdim ki, Azərbaycan futbolu inkişaf edir”.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır