“Ömər Paşayev məzuniyyətə çıxsa, rahat nəfəs alardım” – Samir Abasov

“Ömər Paşayev məzuniyyətə çıxsa, rahat nəfəs alardım” –  Samir Abasov
MÜSAHİBƏ 22 Sentyabr 2018 / 23:05 5294
-  A +

Topaz Premyer Liqasının 5-ci turunda "Neftçi”ni qəbul edən “Zirə”nin baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, o, əvvəlcə 1:2 hesablı məğlubiyyət haqda danışıb.

- Qalib gəlmək istəyirdik. İrəliləyişi hiss edirəm. İnanıram ki, gələcəkdə bundan da yaxşı olacağıq. Ancaq bəzi oyunçularımızdan xeyli narazıyam. Onlarda əzmkarlıq çatmır. Tək məşqçi deməklə iş bitmir, oyuna can qoymalısan. Hücum qurmaqda bir qədər əziyyət çəkirdik. Məncə, hücum xəttinin oyunçuları təlim-məşq toplanışına gec qatılıblar, yaxud zədəli olublar. Bu gün məğlub olmalı deyildik.

- Ömər Paşayevlə aranızda nə var?

- Nə deyim. Ümid edirəm, Ömər Paşayev mayadək məzuniyyətə çıxar, mən də rahat nəfəs alaram. Bir oyunçumuzu göndərdi ki, alt paltarı ağdı, digərini göy olduğuna görə. Bəlkə yalnız bizim tərəfi görür, digər gözü pis görür!?

- Bilal Həmdi 90 dəqiqə oynamağa hazır deyil?

- Zədədən 3 gündür qayıdıb. Həkim 25-30 dəqiqə oynamağa hazır olduğunu bildirdi. Mən də 10 dəqiqə üstünə gəlib döyüşə atdım. Ancaq hazır olsa, çox güman ki, start heyətində yer alar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı