"Peşmanam" - Roberto Bordin

"Peşmanam" -  Roberto Bordin
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2018 / 22:48 5718
-  A +

Topaz Premyer Liqasının V turunda "Zirə”nin qonağı olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, italiyalı mütəxəssis əvvəlcə 2:1 hesablı qələbə haqda fikirlərini bildirib.

- Rəqib bu gün ciddi müqavimət göstərdi. “Zirə” qalib gəlmək əzmində idi. Qeyd edim ki, “Zirə” haqq etdiyi mövqedə deyil. Biz bu gün yaxşı oynadıq.

- Samir Abasovla aranızdakı mübahisəyə aydınlıq gətirməyinizi istəyərdik…

- Bunu konflikt kimi qələmə verməzdim. Sadəcə, anlaşılmazlıq yaşandı. Düşünürəm ki, nə mən, nə də həmkarım bununla komandalarımıza fayda vermədik. Peşmanam.

- Mirabdulla Abbasovu millimizdə görürsünüzmü və Qurban Qurbanov sizdən məsləhət alsa, belə bir tövsiyə edərsinizmi?

- Komandamdan istənilən futbolçu milliyə dəvət alırsa, bu, məni sevindirir.

- Qol vurduqdan sonra müdafiəyə çəkilirsiniz. Müdafiədə isə etibarlı oynamırsınız. Ümumiyyətlə, komandanız hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmək sizin tapşırığınızdı?

- Futbol müdafiə və hücumdan ibarətdi. Qol vurduqdan sonra da hücumlar qurduq. Ümumilikdə komandam yaxşı oyun göstərdi.

- İlk turlarla müqayisədə, hücum xəttində yetərincə rotasiyalara əl atdınız. Bunu nə ilə izah edə bilərsiniz?

- Məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçulara şans tanıyırıq. Bizi sevindirir ki, rotasiyalar üçün əlimizdə yetərincə futbolçu var.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı