"Qol vəziyyəti yarada bilmədik" - Elşad Əhmədov

"Qol vəziyyəti yarada bilmədik" - <b style="color:red"> Elşad Əhmədov</b>
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2018 / 20:58 1260
-  A +

“İlk hisədə normal, ikinci hissədə zəif oynadıq. "Səbail" fasilədən sonra üstün təsir bağışladı.  Yeni komandayıq. Nəticə istəyiriksə, hər oyunda xal bizim üçün vacibdir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın V turunda "Səbail"lə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, qolsuz başa çatan oyunu belə şərh edib: “Həmkarım Aftandil Hacıyev ağıllı mütəxəssisdir. Əlbəttə, bizi yaxşı təhlil etmişdi. Yaxşı komanda yaradıb və bizə şətin anlar yaşatdılar. Bugünkü matçda yüzfaizlik qol imkarımız da olmadı. Qol vəziyyəti yarada bilmədik. Rəqib yaxşı müdafiə olundu”.
 

Daha çox


Son xəbərlər
11.12.18  14:42

Robben oynamayacaq