Paşayevin komandası uduzdu

Paşayevin komandası uduzdu
XƏBƏR 22 Sentyabr 2018 / 19:30 1648
-  A +

Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

Paşayev bu görüşün iştirakçısı olmayıb. UEFA Millətlər Liqası çərçivəsində keçirilmiş Malta – Azərbaycan oyununda ağır zədə alan Pavel ehtiyatda qalıb.

Qeyd edək ki, “Aleksandriya”  16 xalla 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın