"Qarabağ"ın oyununa 2 gündə 10 min bilet satılıb

"Qarabağ"ın oyununa 2 gündə 10 min bilet satılıb
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2018 / 14:24 4304
-  A +

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, cəmi 2 gündür satışa çıxarılan biletlərin artıq 10 mini satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı