Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir
XƏBƏR 22 Sentyabr 2018 / 13:35 3599
-  A +

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Qol.az xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
 
O, 48 yaşlı sabiq müdafiəçinin sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcəyini bildirib. Kafunun mətbuat nümayəndələriylə görüşü də nəzərdə tutulub.
 
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub. O, sonuncu dəfə dünya kubokunu başı üzərinə Braziliya millisinin kapitanı kimi qaldırıb.
 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə