"Futbola başlayanda çoxları qol vura bilmədiyimi deyirdi" - İbrahimoviç

"Futbola başlayanda çoxları qol vura bilmədiyimi deyirdi" - İbrahimoviç
XƏBƏR 22 Sentyabr 2018 / 12:10 2309
-  A +

“Karyeram ərzində böyük klublarda nəhəng komandalara qarşı oynamaq imkanım olub. Eyni zamanda, inanılmaz futbolçularla eyni kollektivdə çıxış edib, qollar vurmuşam”.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Los-Anceles Qelaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib. Ötən tur ABŞ çempionatında fərqlənməklə karyerasında 500-cü qoluna imza atan isveçli forvard futbola başlayanda heç kimin onun bu qədər qol vuracağına inanmadığını bildirib:

"Ən gülməlisi odur ki, futbola başlayanda bir çox skaut və tənqidçi yaxşı futbolçu olduğumu, amma qol vurmağı bacarmadığımı deyirdi. Ancaq görünür, mən necə qol vurmaq lazım olduğunu bilirəm. Artıq karyeramda 500 qol vurmuşam, bu, futbol üçün çılğın rəqəmdir”.

Qeyd edək ki, İbrahimoviçin ABŞ çempionatının son turunda “Toronto”ya vurduğu fantastik qol karyerasında yubiley – 500-cü olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın