"Qəbələ"nin "Qarabağ"la 48-ci dueli

"Qəbələ"nin "Qarabağ"la 48-ci dueli
PREMYER LİQA 22 Sentyabr 2018 / 10:00 1685
-  A +

Topaz Premyer Liqasında 5-ci turun mərkəzi görüşü Bakıda “Azərsun Arena”da “Qarabağ”la “Qəbələ” arasında olacaq.

Qol.az-ın Qəbələ təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 23-də keçiriləcək matç rəqiblərin 48-ci dueli olacaq. Komandalar indiyədək 47 dəfə üz-üzə gəlib. “Qarabağ” daha çox – 19 qələbə qazanıb. “Qəbələ” meydanı 11 dəfə qalib kimi tərk edib. Digər 17 matçda bərabərlik qeydə alınıb.

“Qəbələ” bu oyunlarda 41 qol vurub, 55-ni buraxıb. “Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. Komandanın bu görüşlərdəki ən yaxşı bombardiri braziliyalı Dodonun hesabında 5 top var. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə fərqlənib.

Premyer Liqada 41-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 40 görüşdə ağdamlılar 18, “qırmızı-qaralar”  10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada “Qəbələ” 36 qol vurub, 49-nu buraxıb.

“Qəbələ” səfərdə keçirdiyi 23 matçda 4 qələbə qazanıb, 9 heç-heçə edib və 10 dəfə uduzub. 17 qola sevinən komanda 29 top buraxıb.

 

Daha çox


Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı

12.12.18  12:29

"İnter" - PSV - Video