Bakıda dünya çempionatı start götürdü - ilk medalçılar

Bakıda dünya çempionatı start götürdü - <b style="color:red"> ilk medalçılar </b>
XƏBƏR 20 Sentyabr 2018 / 20:36 2372
-  A +

Bu gün Bakıda təşkil olunan  cüdo üzrə dünya çempionatı start götürüb.

Qol.az-ın xəbərinə görə, Miilli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 3 Azrbaycan idmançısı  tatamiyə çıxıb.

60 kq çəkidə çıxış edən Kəramət Hüseynov 5-ci yeri tutub. Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.

60 kq çəkidə yaponiyalı idmançı Naohisa Takato qızıl medal qazanaraq üç qat dünya çempionu olub. Rusiyalı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuju Naqayama bürünc medala sahib olub.

48 kq çəkidə mübarizə aparan qadınlardan 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Yaponiyalı Funa Tonaki gümüş, argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax isə bürün medala sahib olub.
 

Daha çox


Son xəbərlər