Ramosdan antirekord

Ramosdan antirekord
DÜNYA FUTBOLU 20 Sentyabr 2018 / 16:56 5014
-  A +

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının ən çox sarı vərəqə alan futbolçusu olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, son olaraq dünən "Roma"ya qarşı matçın 23-cü dəqiqəsində xəbərdarlıq alan komandanın kapitanı bu turnirdəki sarı vərəqələrinin sayını 37-yə yüksəldib. Bununla da o, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulzu geridə qoyaraq (36) bu göstəricidə birinci olub.

Qeyd edək ki, S.Ramos La Liqada da ən çox sarı vərəqə alan futbolçudur (162).


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord