"Avroliqanı istəyirdik, Çempionlar Liqasına düşdük" - "Vorskla"nın baş məşqçisi

"Avroliqanı istəyirdik, Çempionlar Liqasına düşdük" - "Vorskla"nın baş məşqçisi
XƏBƏR 20 Sentyabr 2018 / 15:00 4978
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla"nın baş məşqçisi Vasili Saçko maraqlı fikirlər səsləndirib.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, "Arsenal"la oyunöncəsi keçirilən mətbuat konfransında danışan mütəxəssis qrupdakı komandaların çox güclü olduğunu söyləyib:

"Kifayət qədər ciddi karyeram olub. Ancaq Londonda heç bir stadionda oynamamışam. "Arsenal" haqqında saatlarla danışa biləcəyimiz zəngin ənənələri olan klubdur. Avroliqanın qrupuna düşməyi çox istəyirdik, amma biz Çempionlar Liqasının qrupuna düşdük. Buna baxmayaraq, nə qədər qəribə səslənsə də, yaxşı oynayıb, layiqli nəticələr qazanmağa çalışacağıq".

Xatırladaq ki, "Vorskla" "Qarabağ", "Arsenal" və "Sportinq"lə birlikdə E qrupunda yer alıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Arsenal" - "Vorskla" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın