"Qarabağ" - "Arsenal" oyununun biletləri satışa çıxır

"Qarabağ" - "Arsenal" oyununun biletləri satışa çıxır
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2018 / 20:34 3328
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu