Kasilyas dünya futbolunun tarixinə düşdü

Kasilyas dünya futbolunun tarixinə düşdü
XƏBƏR 19 Sentyabr 2018 / 00:22 4977
-  A +

İker Kasilyas dünya futbolunun tarixinə düşüb.

Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan qolkiper Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Şalke”yə qarşı keçirilən matçda start heyətində yer alıb.

Bununla da “Portu”nun qapıçısı 20-ci mövsüm ÇL-də forma geyən ilk futbolçu olub.

Qeyd edək ki, Kasilyas qitənin 1 nömrəli klub turnirində 1999-cu ildə “Real”ın heyətində debüt edib. Geridə qalan müddətdə o, ÇL-də 168 oyuna çıxıb ki, bu, turnirin rekordudur. Eləcə də 3 dəfə yarışın qalibi olub.

Daha çox


Son xəbərlər