Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu - Messi

Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu - <b style="color:red"> Messi</b>
XƏBƏR 19 Sentyabr 2018 / 00:00 4346
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının ilk turunda PSV ilə oyunda het-trik etməklə komandasının 4:0 hesablı qələbəsində böyük rol oynayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard ÇL-in tarixində 14 mövsüm turnirdə qol vuran sayca üçüncü futbolçudur. Ona qədər bu nəticəyə Rayan Giqqz (16) və Raul (15) imza atıblar.

Messi eləcə də ardıcıl 14-cü mövsüm bu yarışda qol sevinci yaşayan ikinci futbolçudur. O, Raulun nəticəsini təkrarlayıb.

“Barselona” isə sayca dördüncü komandadır ki, 2 dəfə ÇL-də mövsümün ilk qolunu vurub. Kataloniya klubuna qədər bu nəticəyə “Ayaks”, PSJ və “Spartak” imza atıblar.

 

Daha çox


Son xəbərlər