Rəqibinə tüpürən Duqlas Kostanın cəzası açıqlandı

Rəqibinə tüpürən Duqlas Kostanın cəzası açıqlandı
VİDEO 18 Sentyabr 2018 / 21:20 4647
-  A +

İtaliya A Seriyasının son turunda “Sassuolo” ilə oyunda rəqib futbolçusunun üzünə tüpürən “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kostanın cəzası açıqlanıb.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, İtaliya Futbol Federasiyası braziliyalı futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Kosta matçın 90+4-cü dəqiqəsində rəqib futbolçusu Federiko Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.



Daha çox


Son xəbərlər