İtaliya B Seriyası dayandırıldı - komanda sayına görə

İtaliya B Seriyası dayandırıldı - <b style="color:red"> komanda sayına görə</b>
XƏBƏR 18 Sentyabr 2018 / 18:49 4404
-  A +

İtaliya futbolunda maraqlı hadisə yaşanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Milli Olimpiya Komitəsi komanda sayı az olduğu üçün B Seriyasının müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Adətən hər il çempinatda 22 klub iştirak edir. Mövsümün əvvəlində "Bari", "Avellino" və "Çezena" müflis olduğundan B Seriyasında 19 komanda qalıb. Fürsətdən istifadə edən C Seriyası təmsilçiləri - "Pro Verçelli", "Kataniya", "Syena", "Novara" və "Ternana" sözügedən klubları əvəzləmək üçün məhkəməyə müraciət edib. Məsələyə sentyabrın 21-də, xüsusi komissiyanın iclası zamanı aydınlıq gələcək.

Qeyd edək ki, B Seriyasında artıq 3 tur keçirilib.
 

Daha çox


Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı

12.12.18  12:29

"İnter" - PSV - Video