Nazarov zədələnib? - baş məşqçidən açıqlama

Nazarov zədələnib? - baş məşqçidən açıqlama
XƏBƏR 18 Sentyabr 2018 / 16:59 1794
-  A +

"Erzgebirge"nin futbolçusu Dmitri Nazarovun Almaniya ikinci bundesliqasının 5-ci turunda "Sankt-Pauli"yə qarşı matçda oynamamağının səbəbi müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə Aue təmsilçisinin baş məşqçisi Daniel Mayer məlumat verib. O bildirib ki, gənc oyunçulara şans vermək üçün bu addımı atıb. D.Mayer "Duysburq"la görüşdə millimizin yarımmüdafiəçisinin meydanda olacağını söyləyib.

Qeyd edək ki, D.Nazarovun yığmamızın düşərgəsindən zədəli qayıtdığı üçün  "Sankt-Pauli" ilə görüşü buraxdığı iddia olunurdu.

Daha çox


Son xəbərlər