FİFA-dan La Liqa oyunlarının ABŞ-da keçirilməsinə münasibət

FİFA-dan La Liqa oyunlarının ABŞ-da keçirilməsinə münasibət
DÜNYA FUTBOLU 18 Sentyabr 2018 / 16:31 2870
-  A +

FİFA prezidenti Canni İnfantino İspaniya La Liqasının bəzi oyunlarının ABŞ-da keçirilməsi ideyasına münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı futbol funksioneri buna qarşı olduğunu söyləyib. İnfantinonun fikrincə, hər bir komanda ev oyunlarını doğma meydanda keçirməlidir:

"ABŞ-da La Liqa matçlarındansa, bu ölkənin öz çempionatının baxımlı oyunlarını izləmək istəyirəm. Əsas prinsip ondan ibarətdir ki, ev oyunlarını başka ölkədə yox, doğma meydanda keçirmək lazımdır".

FİFA prezidenti bildirib ki, bu məsələylə bağlı yekun qərar hələ qəbul olunmayıb: "Bunu ciddi müzakirə etməli və xaricdəki matç üçün rəsmi müraciəti araşdırmalıyıq".
Qeyd edək ki, İspaniya çempionatının 21-ci turunun "Jirona" - "Barselona" matçının Mayamidə keçirilməsi nəzərdə tutulub.


Son xəbərlər