Baş məşqçi sabiq prezidenti məhkəməyə verdi

Baş məşqçi sabiq prezidenti məhkəməyə verdi
XƏBƏR 18 Sentyabr 2018 / 15:18 1659
-  A +

Albaniya millisinin baş məşqçisi Kristian Panuççi ölkənin sabiq prezidenti Buyar Nişanini məhkəməyə verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 45 yaşlı çalışdırıcı keçmiş dövlət başçısını onun nüfuzuna zərər verməkdə günahlandırır.

B.Nişani Kosovoya 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Panuççini fırıldaqçı adlandırıb. O, italiyalı mütəxəssisin yığmada ondan əvvəl yaradılanları dağıtdığını bildirib. K.Panuççi sabiq prezidentin 100 min avro ödəməsini tələb edir. Məhkəmənin 30 gün ərzində bununla bağlı qərar verəcəyi vurğulanıb.

Qeyd edək ki, K. Panuççi 2017-ci ildən Albaniya millisini çalışdırır.

Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli və "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilay Albaniya millisində çıxış edir.

Daha çox


Son xəbərlər