"Qarabağ"ı autsayder hesab etmirik" - "Vorskla"nın baş məşqçisi

"Qarabağ"ı autsayder hesab etmirik" - "Vorskla"nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2018 / 12:26 3460
-  A +

"Çox güclü qrupa düşmüşük. "Qarabağ"ı autsayder hesab etmirik. Onların böyük təcrübəsi var. 6-7 ildir qrup mərhələsində oynayırlar".

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib. İlk turda Londonda "Arsenal"la qarşılaşacaq Poltava təmsilçisinin baş məşqçisi həmin qarşılaşmaya da toxunub:

"Arsenal" balanslaşmış komandadır. Yüksək səviyyəli futbolçulardan ibarət kollektivləri var. Amma qüsursuz da deyillər. Xüsusilə də müdafiə xəttində. Unay Emeri 3 dəfə Avropa Liqasını qazanıb. O, "Sevilya", PSJ və "Spartak" kimi böyük klubları çalışdırıb".

Saçko "Vorskla"ya yeni oyunçular lazım olduğunu bildirib: "Hesab edirəm ki, heyətimizi gücləndirməyə ehtiyac var. Ancaq hələlik büdcəmizə uyğun hərəkət edirik".

Qeyd edək ki, qrupun ilk turunda "Qarabağ" səfərdə "Sportinq"in, "Vorskla" isə "Arsenal"ın qonağı olacaq. Hər iki oyun sentyabrın 20-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər