"Tottenhem"in 5 futbolçusu Milana aparılmadı

"Tottenhem"in 5 futbolçusu Milana aparılmadı
XƏBƏR 17 Sentyabr 2018 / 22:27 3483
-  A +

"Tottenhem"in 5 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "İnter"lə oyunu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qapıçı Uqo Lloris, yarımmüdafiəçilər Dele Alli və Mussa Sissoko zədə səbəbindən bu matçda iştirak etməyəcək. Daha iki futbolçu - Tobi Alderveyreld və Kiran Tripper isə məşqçi heyətinin qərarı ilə Milana aparılmayıb.

Qeyd edək ki, "İnter" - "Tottenhem" görüşü sabah keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi