"Messi və Ronaldo ilə eyni səviyyədəyəm" - Qrizmann

"Messi və Ronaldo ilə eyni səviyyədəyəm" -  Qrizmann
XƏBƏR 17 Sentyabr 2018 / 16:20 3032
-  A +

"Atletiko"nun hücumçusu Antuan Qrizmann öz oyunundan razıdır.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, fransız futbolçu özünü hazırda dünyanın ən yaxşıları olan Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edib. 27 yaşlı oyunçu onlardan geri qalmadığını söyləyib:

"Düşünürəm ki, hazırda Messi və Ronaldo ilə eyni səviyyədəyəm. Dünyada daim yeni səviyyədə olan futbolçular üzə çıxır. Hesab edirəm ki, bundan da yaxşı oynaya biləərm. Daha çox qol vurub, məhsuldar ötürmələr edə bilərəm".

Qeyd edək ki, A.Qrizmann bu il üç titul qazanıb - dünya çempinatı, Avropa Liqası və UEFA Superkuboku.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı