"Rəşadın epizodunu görməmişəm, şəhərdə deyildim"

"Rəşadın epizodunu görməmişəm, şəhərdə deyildim"
XƏBƏR 17 Sentyabr 2018 / 14:07 3578
-  A +

"Sumqayıt" klubunun "Qarabağ"la oyunda Rəşad Sadıqovun cərimə meydançası daxilində əlla oynadığını iddia etdiyi epizodu görməmişəm. Oyun günü şəhərdə olmadığımdan, görüşü izləyə bilmədim".

Qol.az-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Premyer Liqanın IV turunun açılış və son oyunundakı mübahisəli epizodlar barədə danışarkən deyib. Xudiyev turun son matçında "Neftçi"nin "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdiyi oyunda flaqmanın vurduğu ikinci qol haqda da fikirlərini bölüşüb: "Turun son matçını izləmişəm. Kənardan müşahidə etdiyim odur ki, “Neftçi”nin ikinci qolu oyundan kənar vəziyyətdən vuruldu".

FİFA hakim-inspektoru sözügedən qarşılaşmada yan xətt hakimi Elman Kərimovun ofsayd qeydə almalı olduğunu deyib.

Qeyd edək ki, "Qarabağ"ın "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunun 90+4-cü dəqiqəsində Rəşad Sadıqovun cərimə meydançası daxilində uzaqlaşdırmaq istədiyi top onun əlinə dəyib. "Neftçi"nin mübahisəli epizodu isə "Keşlə" ilə görüşün 90+3-cü dəqiqəsində baş verib. "Ağ-qaralar"ın əks hücumu zamanı "Keşlə"nin qapıçısı Kamran Ağayev rəqibin cərimə meydanında olub. Bu zaman "Keşlə"nin sonuncu müdafiəçisi Samir Məsimov "Neftçi"nin 3 hücumçusu qarşısında tək qaldığından, düzxətli yox, irəli ötürmə, qaydalara əsasən, ofsayd sayılmalı idi.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın