“Son qolda ofsayd var idi” – Kamran Ağayev

“Son qolda ofsayd var idi” – Kamran Ağayev
MÜSAHİBƏ 17 Sentyabr 2018 / 00:15 4218
-  A +

“Keşlə”nin kapitanı Kamran Ağayev Topaz Premyer Liqanın 4-cü turunda səfərdə “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli qolkiper əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.

-Biz yalnız arxada oturub, müdafiə olunmurduq, oyun oynayırdıq. Qol epizodlarımız da oldu, istifadə bilmədik. Onlar isə ələ düşən fürsətlərdən maksimum yararlandı. Futboldur, belə alındı.

- Son dəqiqələrdə qollar buraxıb uduzmağınızı nə ilə əlaqələndirərdiniz?

- Bu, normal bir şeydir. Oyunun sonlarına doğru futbolçunun fiziki gücü tükənir, məhz həmin anlarda səhv edir. Rəqib meydanında oynadığımızdan üstümüzdə təzyiq də var idi. Buna baxmayaraq, yaxşı çıxış etdik, müdafiədə diqqətli oynadıq. Hücumda da pis təsir bağışlamadıq. Ağıllı oyun göstərdik.

- Bu oyunda 1 xal qazana bilərdiniz. Buna nə mane oldu?

- Qısa bir zamanda vəziyyəti düzəltməyə çalışacağıq. Oyunun gedişində insan özündən çıxır, aqressiv olur. Futbolun da gözəlliyi budur. Oyunun videoyazısına baxıb, səhvlərimizi görəcəyik və məşqçinin tapşırığı ilə onları düzəldəcəyik.

- Son dəqiqələrdə siz də irəli çıxdınız. Məğlubiyyətlə barışmaq istəmirdiniz...

- Uduzmaq uduzmaqdır. İrəliyə özbaşıma çıxmadım. Baş məşqçinin məsləhəti ilə getdim. Çünki hesabda geri idik. Sona 30 saniyə qalmışdı. Ya 0:1 uduzdun, ya da 0:3, fərqi yoxdur. 1 xal qazana da bilərdik. Qismət belə imiş. Düşünürəm ki, son qolda oyundankənar vəziyyət var idi.

- Sizcə, “Keşlə”yə bu durumdan çıxmaq üçün nə lazımdır?

- Hər şey Allahın əlindədir. Əgər idman baxımından nəzərdə tutursansa, hamı öz üzərində işləməlidir. Hər şey məşqlə olur. Heç kim doğuşdan futbolçu olmur. Məşq edib, bəzi şeyləri düzəltmək lazımdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın