"Ağır dönəm yaşayırıq" - Sənan Qurbanov

"Ağır dönəm yaşayırıq" -  Sənan Qurbanov
GÜNDƏM 16 Sentyabr 2018 / 21:17 4891
-  A +

"Deyiləsi bir şey yoxdur. Birqapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, "Sabah” bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdir. Vəziyyətdən çıxış yolu axtaracağıq".

Qol.az-ın xəbərinə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 4-cü turunda "Sabah"a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdır?

- İlk növbədə, psixoloji təzyiq altına düşməməliyik. Əsas budur ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.

- Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız…

- Ciddi iradım yoxdur. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord