Nazarovun komandası ilk qələbəsini qazandı

Nazarovun komandası ilk qələbəsini qazandı
XƏBƏR 16 Sentyabr 2018 / 17:30 2265
-  A +

Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Sent Pauli” ilə   qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu, “Aue”nin mövsümdə ilk qələbəsi olub.

Qeyd edək ki, “Aue” 5 turdan sonra 4 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər