Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu
XƏBƏR 16 Sentyabr 2018 / 17:03 3898
-  A +

Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “1921 Aalen”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1  hesablı  qələbəsi ilə başa çatıb.

90 dəqiqə meydanda olan Dadaşov 85-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, onun III Bundesliqada 2-ci qolu olub.

Qeyd edək ki, Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.

Son xəbərlər