"Liverpul" – PSJ oyunu Çakıra tapşırıldı

"Liverpul" – PSJ oyunu Çakıra tapşırıldı
DÜNYA FUTBOLU 16 Sentyabr 2018 / 13:55 4015
-  A +

Türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan növbəti təyinat gəlib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli hakim Çempionlar Liqasının C qrupunun ilk turunda keçiriləcək “Liverpul” – PSJ matçını idarə edəcək. Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və BarışŞimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.

Qeyd edək ki, “Liverpul” – PSJ matçı sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.


Son xəbərlər