"Bavariya" daha 2 futbolçusunu itirdi

"Bavariya" daha 2 futbolçusunu itirdi
XƏBƏR 16 Sentyabr 2018 / 12:40 2913
-  A +

Almaniya Bundesliqasının 3-cü turunda “Bayer”i 3:1 hesabı ilə məğlub edən “Bavariya” 2 aparıcı futbolçusunu itirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Korenten Tolisso və Rafinya zədələnib. Tolisso ilk hissənin sonlarında rəqib komandanın futbolçusu Kevin Follandla toqquşmadan sonra meydanı tərk etməli oubsa, Rafinya 82-ci dəqiqədə Kərim Belarabinin kobud oyunundan sonra xəsarət alıb.

Tibbi müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Tolissonun bir neçə ay, Rafinyanın isə bir neçə həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.


Son xəbərlər