Ramil oynamadı, komandası darmadağın oldu

Ramil oynamadı, komandası darmadağın oldu
GÜNDƏM 16 Sentyabr 2018 / 11:49 5124
-  A +

Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.

Qol.az-ın məlumatına görə, 22 yaşlı hücumçu komandasının Rusiya Premyer Liqasının 7-ci turunun Tula “Arsenal”ı ilə matçını da kənardan izləyib. Futbolçumuzun adı görüşün iştirak ərizəsinə salınsa da, Samara klubunun baş məşqçisi Andrey Tixinov ona oynamaq şansı verməyib.

Qarşılaşma Şeydayevin komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 7 turdan sonra 7 xal toplayan “Krılya Sovetov” 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ramil bundan əvvəlki 2 oyunda da ehtiyatda qalıb. Gənc hücumçu bu komandanın heyətində cəmi 1 oyun keçirib.

Daha çox


Son xəbərlər