"Bu gün komandada çox şey alınmırdı" - Qurban Qurbanov

"Bu gün komandada çox şey alınmırdı" - Qurban Qurbanov
MÜSAHİBƏ 14 Sentyabr 2018 / 22:29 5277
-  A +

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 4-cü turunda "Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra  mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Çətin oyun oldu. Bu gün komandamızda çox şey alınmırdı,rəqib rahat oynayırdı. Bunu da normal başa düşmək lazımdır”.6 gün sonra ağır oyunumuz olacaq. Daha çox bir yerdə olmalı və komandanı yaxşı hazırlaşdırmaq lazımdır.

- Bu gün oyunu izləyənlər arasında "Sportinq”in məşqçisi də var idi. Siz hansısa məşqçini Portuqaliyaya göndərməyəcəksiniz?

- Rəqibimizin nümayəndəsinin olmasından xəbərimiz var. Ancaq heç bir məşqçini Portuqaliyaya göndərməyəcəyik. "Sportinq"in oyununu izləmişik.

- Nazim Süleymanov hakim qərarlarının oyunun nəticəsinə təsir etdiyini bildirdi. Siz bu barədə nə deyə bilərsiniz?

- Rəqib baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Mübahisəli epizodlar oldu. Ancaq buna reaksiya vermək düzgün olmaz. Hər bir oyundan sonra belə fikirlər olur. Düşünürəm ki, irəlidə də belə epizodların şahidi olacağıq.

- Araz Abdullayev "Qarabağ”ın heyətində ilk oyununu keçirdi. Onun çıxışından razı qaldınız?

- Birinci oyunda ondan kifayət qədər keyfiyyət gözləyə bilməzdik. Çox istəklidir, ciddi hazırlaşır. Fikirləşirəm ki, 3-4 oyun sonra tam keyfiyyətini ortaya qoya biləcək.

- Bu gün AFFA İcariyyə Komitəsinin iclasında iştirak etmədiniz. Hakimliklə bağlı çıxarılan qərarla bağlı düşüncələrinzi necədir?

- Bəli, məni dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildir bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğuna dərindən də maraqlanmamışam. Buna görə fikir bildirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı