Keçmiç FİFA referisi Anar Salmanov AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsində bu gün gerçəkləşdirilən dəyişikliyə münasibət bildirib.
O, Qol.az-a açıqlamasında Xaqani Məmmədovun istefaya göndərilməsinin vaxtında və yerində verilmiş qərar olduğunu söyləyib:
“Bütün dəyişikliklər AFFA rəhbərliyinin qərarıdır. Onlar da görürdülər ki, inkişaf yoxdur, struktur düzgün qurulmayıb. Məhz bu səbəbdən Xaqani Məmmədovu vəzifəsindən azad etdilər. Düşünürəm ki, gecikmiş addım deyil. Tam vaxtında və yerində verilmiş qərardır”.
Hakimlər Komitəsindəki bu dəyişiklik keçmişdə cəzalandırılan referilərin yenidən öz işlərinə qaytarılması məsələsini gündəmə gətirib. 2013-cü ildə hakimlikdən kənarlaşdırılan A. Salmanov yenidən öz sevimli peşəsinə qayıtmağa hazır olduğunu vurğulayıb:
“Hakimliyə qayıtmaq məsələsinə gəlincə, bu, tək məndən asılı deyil. Rəhbərlik məsləhət bilsə, qayıdaram”.
Qeyd edək ki,AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsi barədə qərar qəbul olunub. Yeni yaradılmış quruma avstriylı keçmiş FİFA referisi Fritz Stuxlik sədr təyin olunub.
Neymarın əvəzinə Mane
80-ci qələbə
Rüfət Dadaşov qol vurdu
"Poqbanın sevgiyə ehtiyacı var"
Sonuncu turun hakim təyinatları - Çempionlar Liqası
"Çamadanlarımı artıq yığmışam" - Ançelotti
"Borussiya"nın futbolçusu evində yıxıldı
Çəkisi artıq gələn qadın idmançı soyundu - Video
Uels nümayəndə heyəti Azərbaycanda
Messi İtaliyaya aparılmadı
“Traktor” Təbriz derbisində uduzdu
120 illik rekord təkrarlandı
Bakayoko forma nömrəsini unutdu - Video
Musa poker etdi - Birinci divizion
Premyer Liqada 150-ci qol
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
“Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir?
Rusiyaya şok qadağa
Maskerano Veronun klubu ilə müqavilə bağladı
Qvardioladan gözlənilməz açıqlama