AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. Qol.az-ın məlumatına görə, əvvəlcə İK-in qəbul etdiyi qərarları açıqlayan E.Məmmədov daha sonra jurnalsitlərin suallarını cavablandırıb.
- Hakim və hakim-inspektorlar komitələrinin birləşdirilməsi barədə müzakirələr çoxdan gedirdi. Qərara alındı ki, hər ikisi bir komitə kimi fəaliyyət göstərsin. Bundan sonra yeni sədr seçildi. Bu, cənab Fritz Stuxlikdir. Çox təcrübəli mütəxəssisdir. Tanınmış hakim idi. Bu günə qədər FİFA və UEFA-da Hakim və Hakim-İnspektor Komitəsində məsləhətçi kimi işləyir. İnkişaf proqramında da iştirak edir. İkinci məsələ lisenziyalaşdırma ilə bağlı idi. Bildiyiniz kimi, əvəzedici komandaların çempionatda oynaması A meyarı idi. Artıq bu gündən B meyarına keçirildi.
- Bu təyinatdan nə gözləmək olar? Əvvəlki illərdə cəzalanan və hakimlikdən uzaqlaşdırılanların qaytarılması mümkündürmü?
- Təbii ki, yeni strategiya tətbiq olunur. Bu, təkcə AFFA-nın addımı deyil. UEFA ilə məsləhətləşdirilib. Hətta bizə bir neçə namizəd təklif olunmuşdu. Hamısını nəzərdən keçirib, Stuxliki seçdik. Artıq Bakıdadır və sizə də təklif olunacaq. Bundan sonra hakimliklə bağlı müzakirələri birbaşa Stuxliklə apara bilərsiniz. İclasda öz strategiyasını təqdim etdi. Yaxın gələcəkdə bunu tətbiq edəcək. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərimizin olması vacibdir. Azərbaycan futbol tarixində hakimlik mühüm rol oynayırdı. Artıq dünyada tanınmış hakimlərimiz var. 1966-cı ildə Tofiq Bəhramov vacib və düzgün qərar qəbul etmişdi. Bu, bir daha göstərdi ki, bu sahədə də zəngin tariximiz var. Cənab Stuxlik də bundan xəbərdardır. Məqsədimiz tək bu günü yox, gələcəyi düşünməkdir. Növbəti illərdə azərbaycanlı hakimləri vacib oyunlarda görmək istəyirik.
- Bundan sonra əcnəbi hakimlərin də çempionat və kubok oyunlarına təyinatı gözlənilirmi?
- Yox. Sadəcə, master-klaslar ola bilər. Amma o da mütəmadi olmayacaq. Biz öz hakimlərimizi inkişaf etdirməliyik.
- Lisenziyalaşdırma ilə bağlı dəyişikliyi qeyd etdiniz. Amma bir az qaranlıq qaldı...
- Bildiyiniz kimi, A meyarı çox vacibdir və mütləqdir. B meyarı isə tövsiyə xarakterlidir. Artıq şərt deyil ki, 8 klubun əvəzedici komandası da olsun.
- Fritz Stixlik Azərbaycan futboluna elə də yaxından bələd deyil. Onun köməkçiləri kim olacaq?
- Yeni komitəni şəxsən özü seçəcək. 2 həftə ərzində müsahibələr keçirəcək, fərdi görüşlər olacaq. Bundan sonra İcraiyyə Komitəsinin növbəti iclasında təqdimat olacaq. İldə minimum 1 dəfə komitə hesabat verəcək.
- Bayaq qeyd etdiniz ki, bir neçə namizəd təklif olunub. Onların adlarını açıqlaya bilərsinizmi?
- Bu, qeyri-etik olar.
- Keçmiş sədrlərinin taleyi necə olacaq?
- Artıq komitələr birləşdi. Həmin sədrlər əslində böyük iş görüblər. Onlara minnətdarıq. Bunun özü də böyük işdir. Gələcəkdə çalışacağıq ki, keçmiş sədrlər də işə cəlb olunsunlar. Çünki futbol adamlarıdır, bu işin mütəxəssisləridir. Ancaq bununla bağlı qərarı yeni sədr qəbul edəcək.
- Əvvəl hakimlərin təyinatına PFL nəzarət edirdi. İndi necə olacaq?
- Komitə tam müstəqil şəkildə fəaliyyət göstərəcək.
- Gedişat PFL-in də ləğv olunacağını deməyə əsas verirmi?
- Bu gün gündəmdə belə bir məsələ yoxdur.
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı
"Sabah" "Kəpəz"ə, "Səbail" "Araz-Naxçıvan"a qalib gəldi
"Sabah"ın səfər qələbəsi - Video