"Məni AFFA-ya UEFA məsləhət gördü" - Stuxlik

"Məni AFFA-ya UEFA məsləhət gördü" -  Stuxlik
GÜNDƏM 14 Sentyabr 2018 / 16:05 5486
-  A +

"Təəssüf ki, sizinlə Azərbaycan dilində danışa bilməyəcəm, ingiliscə fikirlərimi bidlirəcəm. UEFA məni AFFA-ya məsləhət gördü. Gənc hakimlərin cəlb olunması ilə bağlı işlər görəcəyik. Keçmişdə Azərbaycanın Tofiq Bəhramov və Eldar Əzimzadə kimi hakimləri olub. Bu gün hakimlərlə görüşəcəyik, axşam isə "Qarabağ" - "Sumqayıt" matçını izləməyə gedəcəyəm".

Qol.az-ın xəbərinə görə, bu sözləri  AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri təyin olunan Fritz Stuxlik jurnalistlərə açıqlamasında deyib.

Avstriyalı sabiq FİFA referisi ötən il Əliyar Ağayevin hakim-inspektoru olduğu matçı xatırladıb: "Ötən il Rumıniyanın paytaxtı Buxarestdə Əliyar Ağayev yaxşı iş gördü. Bəlkə də, buna görə yeni kateqoriyaya yüksəldi. Ölkənizdə keçirilmiş oyunlardan bəzilərinə baxmışam. Yeni vəzifəmdə işimi öyrənəcəm  və yeni struktur, konsepsiya yaradacağıq".

Stuxlik hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmayacağını bildirib: "Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədir. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Premyer Liqanızda bir neçə matçı izləmişəm.

Daha çox


Son xəbərlər